team_img_big
Xəyalə Quliyeva
Defektoloq, Psixoloq
Əlaqə məlumatları:
Haqqımızda

İbtidai sinif və məktəbəqədər təhsil sahəsində ixtisaslaşmış, pedaqoji yanaşmalarda fərdi inkişafı və psixoloji dəstəyi ön planda tutan təcrübəli müəlliməyəm.

“Harmoniya”, “Şah Tədris Mərkəzi” və “MM Akademiya”da ibtidai sinif hazırlığı üzrə çalışaraq müxtəlif yaş qruplarına uyğun tədris proqramları tətbiq etmişəm.

Hazırda “Discover and Learn Academy”də fəaliyyət göstərirəm. Burada məktəbəqədər uşaqların təlim-tərbiyəsi ilə yanaşı, autizm spektr pozuntusu və nitq geriliyi olan uşaqlarla fərdi şəkildə çalışır, onların kommunikativ bacarıqlarının inkişafına yönəlmiş loqopedik dəstək göstərirəm.

Uşaqlarla işləməyə həvəsli, məsuliyyətli və müasir tədris metodlarına açıq bir mütəxəssis olaraq əsas məqsədim hər bir uşağın fərdi potensialını üzə çıxarmaq və onları təhsilə uğurla hazırlamaqdır.

İbtidai təhsilin pedaqogika və metodikası üzrə bakalavr dərəcəsi
Gəncə Dövlət Universiteti

Şəmkir rayonu Düyərli kənd №2 tam orta ümumtəhsil məktəbi
1988 Sentyabr - 1998 May

“Ankara Məktəbi” məktəb-lisey
İKT üzrə operator, elektron jurnal və virtual platforma üzrə menecer
2013 Avqust - Hal-hazırda
Elektron jurnal sistemində müəllim, şagird və valideyn hesablarının yaradılması və idarə olunması
Dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət və tədris planlarının sistemə daxil edilməsi
Müəllim və heyətə elektron jurnal və platformadan istifadə üzrə texniki dəstəyin göstərilməsi
Zoom, Microsoft Teams, Google Meet kimi virtual platformaların idarə olunması və inteqrasiyaya dəstək
Onlayn dərs linklərinin hazırlanması, paylaşılması və gündəlik nəzarəti
İKT sahəsində ehtiyacların müəyyən edilməsi və uyğun texniki həllərin təqdim olunması
Elektron təhsil resurslarının istifadəsinə nəzarət və metodik tövsiyələrin hazırlanması
İKT avadanlıqlarının (kompüter, printer, proyektor və s.) texniki vəziyyətinə nəzarət və nasazlıqların aradan qaldırılması

Şəmkir rayonu Düyərli kənd №1 tam orta ümumtəhsil məktəbi
İbtidai sinif müəlliməsi
2001 Sentyabr - 2008 Noyabr